Qadın lidokain iynəsindən öldü

Moskvada qadın lidokain iynəsindən sonra ölüb.

Yenicag.az xəbər verir ki, özəl klinikaların birində plastik əməliyyata hazırlanan 39 yaşlı qadına lidokain inyeksiyası vurulandan sonra o özünü pis hiss edib və ölüb.

Faktla əlaqədar pasiyentin ölümünə səbəb olan təhlükəsizlik qaydalarına əməl olunmaması maddəsi ilə araşdırma başlanılıb.

Lidokain vaksininin hansı səbəbdən xəstənin ölümünə səbəb olması da tibbi ekspertiza tərəfindən araşdırılır./Medicina/