Qadın manyakı taksi şoferi yaxalandı – VİDEO – +18

12205010_10206816189436056_1010310581_nRusiyanın Novosibirsk vilayətində manyak taksi sürücüsü dəhşətli cinayət törədib.

BAKU.WS-in məlumatına görə, bir neçə cinayətlər törədən 39 yaşlı Aleksey N. Polis tərəfindən saxlanılıb. O, 28 yaşlı Qalina Litvinenkonu zorlayaraq öldürməkdə günahlandırılır.

Taksi sürücüsünün verdiyi ifadədən məlum olub ki, Qalina fahişədir. Taksi sürücüsü onunla barların birində tanış olub. Onun seks xidmətindən istifadə etmək üçün qadını maşınına dəvət edib. Onlar meşə kənarına gediblər. Taksi sürücüsü əvvəlcə qadınla cinsi əlaqədə olub. Sonra isə qadına iyrənc hərəkətlər təklif edib. Fahişə isə bu təkliflərə etiraz edib. Nəticədə mübahisə yaranıb.

Aleksey N. əsəbləşərək qadını möhkəm döyüb. Qalina isə taksi sürücüsünü hədələyib: “Fahişə məni hədələdi. Dedi ki, mənim havadarlarım səni cəzalandıracaqlar”.

Qadının bu sözləri taksi sürücüsünü daha da qəzəbləndirib. O, qadını ölənə qədər döyüb. Qadının öldüyündən sonra onun meyitini meşəyə atıb.
Aleksey N. Sonradan bir neçə qadını da eyni şəkildə qətlə yetirdiyini və bu cinayətləri törətməkdə xüsusi zövq aldığını da etiraf edib.

Hazırda manyak taksi sürücüsü məhkəmə qarşısında cavab verəcək.

Yenicag.az