Qadın millimiz olimpiadada heç-heçə etdi

Hindistanın Çennay şəhərində keçirilən Ümumdünya Şahmat Olimpiadasında Azərbaycanın qadın millisi heç-heçə edib.

Yenicag.az xəbər verir ki, yığma VIII turda Rumıniyanın müqavimətini qıra bilməyib.

Rumıniya – Azərbaycan 2:2

İrina Bulmaqa – Günay Məmmədzadə – 1:0

Mihaela Sandu – Xanım Balacayeva – 0:1

Elena-Luminitse Kosma – Gülnar Məmmədova – 0:1

Miruna-Darya Lehaçi – Ülviyyə Fətəliyeva – 1:0

Qeyd edək ki, bu nəticədən sonra Azərbaycan millisi 12 xalla 9-cu pilləyə enib.