Bakıda ölümlə nəticələnən bıçaqlanma hadisəsi baş verib.
Yenicag.az xəbər verir ki, hadisə Suraxanı rayonunda qeydə alınıb.
İyulun 3-ü saat 18 radələrində rayonun Zığ qəsəbəsində yaşadığı evdə tanışı olan Sahil Məmmədov tərəfindən şəxsi münasibətlər zəminində çoxsaylı bıçaq xəsarətləri alan 1985-ci il təvəllüdlü Aynurə Əliyarova təcili tibbi yardım avtomobilinin köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Həkimlərin səylərinə baxmayaraq o, iyulun 5-də xəstəxanada dünyasını dəyişib.
1978-ci il təvəllüdlü Sahil Məmmədov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Hadisənin təfərrüatı Suraxanı Rayon Prokurorluğunda araşdırılır.