Xətai rayonu, Telnov küçəsində yerləşən mənzillərdən birində kirayə yaşayan 42 yaşlı Puğu Tubu özünü 6-cı mərtəbədən atıb. Rayon Prokurorluğundan verilən məlumata görə, qadının özünə qəsd etməsinin səbəbi məlum deyil.
Faktla bağlı Cinayət Məcəlləsinin özünü öldürmə həddinə çatdırma (125-ci) maddəsi ilə cinayət işi başlanıb(qafqazinfo).