Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
ZiraatBank

Qadın özünü öldürtmək üçün qatil tutdu - Film kimi olay

Türkiyənin İstanbul şəhərində müəllim işləyən qadın özünü öldürtmək üçün muzdlu qatil tutub.

Yenicag.az xəbər verir ki, İlkay Sivaslı sevgilisindən ayrılmasından 10 il keçməsinə baxmayaraq, depresiyadan qurtula bilməyib.

O, intihar etmək istəsə də, bunu bacarmayıb. İlkay daha sonra internet üzərindən Tanju adlı muzdlu qatil tapıb və ona 5 min türk lirəsi ödəyib.

Muzdlu qatil isə sifarişi yerinə yetirmək üçün qadını əvvəlcə boğub. Lakin müəllimənin əziyyət çəkdiyini görən Tanju onu tapança ilə vurub.

Məlum olub ki, muzdlu qatil qadına aşiq olub. Bu səbəbdən də o, sifariş aldığı şəxsi öldürməyi bir qədər ertələyib.

Bunun nəticəsində sifarişçi, dəfələrlə Tanjudan onu nəyə görə öldümədiyini soruşub.

21 aprel 2019-cu il tarixdə qadını vuran Tanju ardınca təcili tibbi yardıma zəng edib. Xəstəxanaya çatdırılmasına baxmayaraq, İlkayın həyatını xilas etmək mümkün olmayıb.

Polis tərəfindən saxlanılan Tanju məhkəmənin qərarı ilə həbsə göndərilib.

Emin Səfərov

www.yenicag.az

1208
SFERA
AZNEWS
MATC
redaktor.az
ZiraatBank
MARGIN-BOTTOM