49 yaşlı qadın şəhərin mərkəzində özünü yandırmaq istədi.
Bakının Nəsimi rayonunda intihara cəhd olub.
1966-cı il təvəllüdlü Zivər İslam qızı İsmayılova üstünə benzin tökərək özünü yandırmağa cəhd edib. Hadisə dünən saat 15:35-də Cəlil Məmmədquluzadə küçəsində baş verib.
Nəsimi Rayon Polis İdarəsindən vesti.az-a verilən məlumata görə, intihar cəhdinin qarşısı yaxınlıqdakı adamların
müdaxiləsi ilə alınıb. Onlar qadının özünü yandırıb öldürməsinə imkan verməyiblər.
Polis intihara cəhd faktı üzrə təhqiqatlara başlayıb(virtualaz).