Qadın paltarı geyinən Müşfiq: “Makiyajdan nəfəs ala bilmirdim” – Qala gecədən FOTOLAR

“CinemaPlus” kinoteatrında “Gələrsən, görərsən” filminin qala gecəsi baş tutub.

Yenicag.az xəbər verir ki, Vüsalə Cəfərovanın rejissorluğu ilə ərsəyə gələn filmdə tanınmış sənət adamları iştirak edib. Komediya janrında çəkilən filmdə erotik səhnələr də yer alıb. Eyni zamanda, filmdə “18+” ifadələrdən istifadə olunub.

Filmdə əsas rollardan birinə çəkilən aktyor Müşfiq Şahverdiyev canlandırdığı qadın obrazından danışıb:

“Xanımlar, siz nələr çəkirsiniz? Bütün günü bu kirpiyi, bu dırnağı necə gəzdirirsiniz üstünüzdə?” Bu qədər makiyajdan nəfəs ala bilmirdim. Gözləyirdim ki, nə vaxt bu dırnağı, bu kirpiyi qopardacaqlar. Qadınlara halaldır”.

Qala gecədən fotoları təqdim edirik:

Cəvahir

COP29