Qadın qiyafəsində qızının sevgilisilə görüşən ata öldürüldü

Türkiyənin Adana şəhərində yaşanan hadisə hər kəsi təəccübləndirib.

Yenicag.az İHA-ya istinadən xəbər verir ki, qızının sevgilisi olduğunu öyrənən Mesut Toprak adlı şəxs saxta sosial şəbəkə hesabı açaraq oğlanla yazışmağa başalyıb.

Bir müddət sonra oğlanla görüş təyin edən ata olay yerinə gəlib.

İsmayıl Y. adlı oğlan da görüş təyin edilən yerə dostları ilə gəlib. Görüş yerinə çatdıqda başqa mənzərə ilə qarşılaşan İsmayıl Y. ilə Mesut T. arasında atışma yaşanıb.

Atışmada Mesut T. ayağından və başından vurularaq öldürülüb.

Hadisəni törətməkdə şübhəli bilinən şəxslər yaxalanıblar.