Qadın sürücü 4 piyadanı vurdu-Bakıda

90436Uyulun 29-da saat 21 radələrində Xəzər rayonunun Şüvəlan qəsəbəsində Şirvan şəhər sakini Sevinc Rzayeva idarə etdiyi “Chevrolet” markalı avtomobillə yolu keçən 4 nəfəri vurub. Bunlar Bakı şəhər sakinləri Rüfət Muradov, Səriyyə Quliyeva, Ehtiram Abdullayev və qardaşı Fərəməzdir. Nəticədə onlar müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.

Xəzər RPİ tərəfindən araşdırma aparılır.