!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qadın sürücü avtomobili aşırdı: ölən var

!Reklam – Yazi

Yevlax rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Yenicag.az Report-a istinadən xəbər verir ki, Bakı-Qazax avtomobil yolunun Yevlax rayon ərazisindən keçən hissəsində qeydə alınan yol qəzasında ölən və yaralananların olduğu bildirilir.

İlkin məlumata görə, qadın sürücünün idarə etdiyi avtomobil hərəkətdə olan zaman təkəri partlayıb. Nəticədə maşın idarəetmədən çıxaraq yol kənarına aşıb. Qəza zamanı sərnişinlərdən biri ölüb, daha iki nəfər isə yaralanıb. Qadın sürücü ağır bədən xəsarətləri alıb. Hazırda hadisə yerinə DYP əməkdaşları cəlb olunub. Yaralılar xəstəxanaya aparılıb.

Baş vermiş hadisə ilə bağlı araşdırma aparılır.

www.yenicag.az

4622
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv