Ağstafada qadın sürücü idarə etdiyi avtomobili aşırıb.
Yenicag.az “Report”a istinadən xəbər verir ki, hadisə rayonun Düzqışlaq kəndində qeydə alınıb. Qəza nəticəsində sürücü, 1986-cı il təvəllüdlü Sevinc Əliyeva xəsarət alıb.
O, xəstəxanaya yerləşdirilib, vəziyyətinin qənaətbəxş olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.