!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qadın və kişilər üçün fərqli dozalar: 350 qram pivə, 100 qram şərab... - ARAŞDIRMA

!Reklam – Yazi

Alimlər insan orqanizmi üçün hansı miqdarda spirtli içkinin zərərli olmadığına aydınlıq gətiriblər.

Yenicag.az xəbər verir ki, Amerika Kardioloqlar Assosiasiyasının əməkdaşları 18-45 yaş aralığında olan 4170 nəfər arasında araşdırma aparıblar. Araşdırmanın nəticələri Eurekalert portalında dərc olunub.

Spirtli içkidən normadan artıq istifadə edən kişilərin qan təzyiqinin artdığı və xolesterol səviyyəsinin yüksəldiyi müşahidə edilib. Qadınlarda isə qan şəkərinin artdığı müəyyən olunub.

Araşdırma zamanı iştirakçıların dieta ilə yanaşı, fiziki fəaliyyəti də nəzərə alınıb.

Buna görə də, ekspertlər riskləri minimuma endirmək üçün nisbətən təhlükəsiz içki dozasını təyin ediblər.Bu doza kiçilər üçün 2 pors, qadınlar üçün isə 1 pors nəzərdə tutulub. 1 porsa isə 350 qram pivə, 100 qram şərab və ya 40 qram tünd içkilər daxildir.

Buna baxmayaraq, elm adamları ümumiyyətlə alkoqoldan imtinanın sağlamlıq üçün daha əlverişli olduğunu vurğulayıblar.

www.yenicag.az

2965
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv