“The Intercept” portalı Kamerun ordusunun əsgərləri tərəfindən qadınların və uşaqların edam edilməsinə dair dəhşətli videoyazı ilə çıxış edib.
Yenicag.az bildirir ki, əsgərlər edam edilən şəxsləri “Boko haram” terror qruplaşmasının üzvləri kimi qələmə verib və bu səbəbdən amansızlıqla güllələyiblər.
Kamerun siyasi hakimiyyəti əvvəl videonu “feyk” adlandırsa da, sonradan məlum oldu ki, 4 hərbi qulluqçu həbs edilib.
Məlumat üçün bildirək ki, Kamerun regionda terrorçularla mübarizədə ABŞ-ın əsas müttəfiqlərindən biridir.
Zaur H.