Qadın voleybolçular arasında Yüksək Liqada VII tura yekun vuruldu

Qadın voleybolçular arasında Yüksək Liqada VII turun görüşləri keçirilib.

Yenicag.az xəbər verir ki, əvvəlcə meydana “Murov Az Terminal” və “Azərreyl” komandaları çıxıb. Görüş birincilərin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Digər oyunlarda “Milli Aviasiya Akademiyası” “Gəncə”ni, “Abşeron” isə UNEC-i quru hesabla məğlub edib – 3:0.

Qeyd edək ki, turnir cədvəlinə 20 xalla “Abşeron” başçılıq edir. “Milli Aviasiya Akademiyası” 15 xalla 2-ci pillədə qərarlaşıb. İlk “üçlüy”ü isə “Gəncə” komandası qapayıb – 10 xal.