Azərbaycanın qadın voleybolçulardan ibarət milli komandası Qızıl Avropa Liqasında bu gün növbəti oyununu keçirib.
Yenicag.az xəbər verir ki, Faiq Qarayevin rəhbərlik etdiyi yığmamız qrup mərhələsinin sonuncu – 6-cı turu çərçivəsində Ukrayna ilə üz-üzə gəlib.
Səfərdə baş tutan qarşılaşma yığmamızın üstünlüyü şəraitində keçib. Nəticədə, komandamız meydanı inamlı qələbə ilə tərk edib.
Xatırladaq ki, komandamız əvvəlki turlarda yalnız Bolqarıstana səfərdə 1:3 hesabıyla uduzub. Qalan oyunların hamısında millimiz eyni hesabla (3:1) qalib gəlib.
Qrupun son oyununda hələ də qələbə və xala həsrət olan Portuqaliya, millimizin əsas rəqibi hesab olunan Bolqarıstanı qəbul edəcək.
Qızıl Avropa Liqası
A qrupu
6 iyun
Ukrayna – Azərbaycan 0:3 (28:30, 21:25, 23:25)