Qadın “Xəzər TV”-nin əməkdaşının pul kisəsini belə oğurladı – VİDEO

Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən “Serham” marketdə oğurluq hadisəsi qeydə alınıb.

Yenicag.az xəbər verir ki, “Xəzər TV”-nin adı açıqlanmayan əməkdaşının pul kisəsi naməlum qadın tərəfindən oğurlanıb. Belə ki, marketə alış-veriş etməyə gələn qadın, telekanalın əməkdaşının pulunu ərzaqları daşımaq üçün nəzərdə tutulan arabanın içindən götürüb və sonra heç nə olmamış kimi yoluna davam edib.

Oğurluq anının videosunu təqdim edirik: