Qadına küçədə HÜCUM: Qulağı kəsildi – Abşeronda DƏHŞƏT

Abş​​​eronda qadına küçədə hücum edilib.

Yenicag.az-ın məlumatına görə, hadisə Xırdalan şəhərində qeydə alınıb.

Belə ki, 1986-cı il təvəllüdlü Aslanova Zülfiyyə Möhsüm qızı işdən çıxıb evə gedərkən hücuma məruz qalıb. Nəticədə o, ağır xəsarətlər alıb. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin və sol qulağın kəsilmiş yarası diaqnozları qoyulub.

İlkin məlumata görə, qadına hücum edən şəxs keçmiş həyat yoldaşıdır.

Hadisənin təfərrüatı araşdırılır./Report/