Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
ZiraatBank

Qadına qarşı cinayətkarlıq etdi - Məhkəmə başlayır

Bakıda qadına qarşı quldurluq etməkdə təqsirləndirilən Məcid İsmayılovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Yenicag.az xəbər verir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Novruz Kərimovun icraatına verilib.

Qeyd edək ki, hadisə ötən ilin dekabr ayında Yasamal rayonu Mətbuat prospektində baş verib.

Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini Elnarə Hüseynova tanımadığı şəxsin küt alətlə ona xəsarət yetirərək içərisində pulu, 2 ədəd yaddaş kartı və sənədləri olan çantasını aldığını bildirib.

Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi və 28-ci Polis Bölməsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər narkotiklə əlaqəli cinayətə görə məhkum olunmuş Məcid İsmayılov saxlanılıb.

Ona Cinayət Məcəlləsinin 181.2.5 (silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə quldurluq) maddəsi ilə ittiham verilib.

www.yenicag.az

291
SFERA
AZNEWS
MATC
redaktor.az
ZiraatBank
MARGIN-BOTTOM