Qadını diri-diri yandırdı

man_45876746736436 yaşlı qadını vəhşicəsinə zorlayan cinayətkar sonra onu yandırıb.

Olay ABŞ-ın Şimali Karolina ştatındakı Baltimor şəhərində yaşanıb.

31 yaşlı Viktor Arroyo 36 yaşlı qadına “Fairmount Park”da hücum edib. Bu zaman qadının yanında 12 yaşlı qızı vardı. Qadının başından vurub onu yerə sərən V.Arroyo sonra onu kolluğa çəkib aparıb və orada təcavüz edib. Daha sonra o, qadının üzərinə benzin tökərək od vurub.

Polis leytenantı Ceyms Espinozanın dediyinə görə, qadının bədəninin 55 faizində ağır yanıqlar var.

Viçita Dövlət Universitetinin yanında baş vermiş cinayəti törədən V.Arroyo artıq həbs olunub.