!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qadını öldürüb qaçdı, 13 il axtarışda olub adını, soyadını dəyişdi

!Reklam – Yazi

Bakıda qətl törədib 13 il axtarışda olduqdan sonra Rusiyada tutulub.Azərbaycana ekstradisiya olunan Akif Əmiraslanovun cinayət işi üzrə təfərrüatlar məlum olub.

Yenicag.az xəbər verir ki, hadisə paytaxtın Xətai rayonunda baş verib. Şabran rayon sakini Akif Əmiraslanov qarət məqsədi ilə tanışı Svetlana Baqaridiçenkonu qətlə yetirib. Cinayəti törətməkdə şübhəli bilinən Akif Əmiraslanov Rusiya Federasiyasına qaçıb. Keçirilən əməliyyat tədbirləri nəticəsində o, 13 il sonra tutularaq Azərbaycana ekstradisiya olunub.

Təqsirləndirilən şəxs qismində dindirilmiş Akif Əmiraslanov bildirib ki, Şabran rayonunda böyüyüb başa çatıb. Sürücü işləyib.

Ailə həyatı qurduqdan sonra 1989-cü ildə Yeni Günəşli qəsəbəsində mənzil alaraq orada yaşayıb. Narkotik vasitələrdən istifadə etdiyinə görə, 2000-ci ildə tutulub və 1 il müddətinə azadlıqdan məhrum edilib.

2001-ci ildə cəzasının sonuna 5 ay qalmış vaxtında əvvəl şərti olaraq azad olunub. Mobil telefonların alqı-satqısı ilə məşğul olub. Svetlana Baqaridiçenkonu hadisədən 2 il əvvəl təsadüfən tanıyıb.

Belə ki, özünün avtomaşını ilə hərəkət edərkən Əhmədli qəsəbəsində rus milliyətindən olan bir qadının yolun kənarında dayandığını görüb, avtomobilini saxlayıb və ona oturmasını təklif edib. Onu Babək prospektindəki 92 saylı evin qarşısına gətirib. Qadın ev və mobil nömrələrini ona verib. Masaj etməklə məşğul olduğunu deyib.

Akif Əmiraslanov bildirib ki, bundan sonra qadınla aralarında yaxın münasibət yaranıb. Müxtəlif yerlərdə, o cümlədən onun evində görüşüblər.

2002-ci il fevralın 9-da Svetlananın mənzilinə getməkdə məqsəd borca verdiyi pulu ondan almaq olub. Ora tanışı Balamirzə Xudamovla gedib. Evə qalxıb mətbəxtə oturub yeyib içiblər. Təxminən 1 saatdan sonra Balamirzəni işləri ilə əlaqədar “Xalqlar Dostluğu” metrosuna qədər ötürüb geri qayıdıb.

Rusiyaya alverə getmək üçün pulu olmadığına görə Svetlanaya qarşı acıqlı olub. Qadın yataq otağından çevrilib çıxmaq istəyərkən döşək üzünü onun boynuna salıb və ağzı üstə yerə yıxıb. Qadının başını bir neçə dəfə döşəməyə çırparaq pulların yerini deməsini tələb edib. Stəkanla başına zərbə endirib. Svetlana ona yalvar-yaxar edərək evdə pul olmadığını bildərsə də, onu aldatdığını zənn edib.

Növbəti dəfə pulun və qızılların harda olmasını soruşarkən qadın əli ilə mətbəxin tavanını göstərib. Onun əllərini geri kürəyinə qatlayaraq dizləri ilə saxlayıb. Telefon naqilini qıraraq qadının boğazına dolayıb və onu boğmaqda davam edib.

Akif Əmiraslanov əlavə edib ki, qadını öldürəndən sonra evi axtarsa da, pul tapa bilməyib. Mətbəxdəki tavandan içərisində qadın qızılları olan bükülü tapıb. Mənzilin giriş qapısını çöldən bağlayaraq çıxıb gedib. Hadisə barədə heç kimə heç nə danışmayıb.

Fevralın 16-da Balamirzə Xudamovla zəngləşərək şəhərdə görüşüb. Birlikdə dəmir yolu vağzalından qatarla Volqoqrad şəhərinə yollanıblar. Bir-iki həftədən sonra evə zəng edib, söz arası tanışlarının, yaxud başqa adamların onu soruşub-soruşmadıqları ilə maraqlandıqda, yoldaşı heç kimin onu axtarmadığını deyib.

Əmiraslanov polisin ondan şübhələnmədiyini düşünüb və buna görə də qərara gəlib ki, bir müddət Rusiyada yaşasın.

Lakin Balamirzə ondan əl çəkməyərək Bakıya qayıdıb Xətai rayon prokurorluğuna təslim olmasını tələb edib. Uzun müddət dostluq etdiyi Xudamovun hərəkəti ona pis təsir edib və onların arasında narazılıqlar yaranıb.

Akif Balamirzə ilə münasibətlərini kəsərək kirayə qaldıqları evdən çıxıb. Volqoqrad vilayətində müxtəlif yerlərdə qalaraq alverlə məşğul olub və öz ailəsi ilə telefon əlaqəsi saxlamayıb.

Sonradan polis işçilərinin onu axtardığını bilərək adını və soyadını dəyişərək Etibar Nəzərov olub. Rusiyada bir qadınla qeyri-rəsmi yaşayıb və qız övladı dünyaya gəlib.

2015-ci il iyulun 3-də polis əməkdaşları onu evdə tutublar və Azərbaycana təhvil veriblər. Bakıda hər şeyi etiraf edib və əməlinə görə peşman olduğunu bildirib.

Məhkəmə prosesində Akif Əmiraslanov ittiham üzrə özünü təqsirli bilib.

Sonda məhkəmənin hökmü ilə o, cinayət məcəlləsinin bir neçə maddəsi ilə təqsirli bilinərək 15 il müddətinə azadlıqdan məhrum olunub./Ölkə.Az

www.yenicag.az

194
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv