Bakının Nərimanov rayonunda mənzildən içərisində külli miqdarda pul və qızıl-zinət əşyaları olan seyf oğurlanıb.
Yenicag.az report-a istinadən xəbər verir ki, Şəhla Əhmədovaya məxsus mənzildən oğurlanmış seyfdə 40 min manat, 20 min ABŞ dolları və 50 min manatlıq qızıl olub.
Nərimanov Rayon Polis İdarəsi 18-ci bölməsinin əməkdaşları hadisəni törətməkdə şübhəli bilinən Tərtər rayon sakini Tural Əzizovu saxlayıblar.
Faktla bağlı istintaq-əməliyyat tədbirləri davam etdirilir.