Türkiyənin Kütahya bölgəsində Beynəlxalq Qadınlar Günündən öncə ər arvadını bıçaqlayıb.
Yenicag.az xəbər verir ki, ər həyat yoldaşı yuxuda ikən onun boğazını kəsmək istəyib. Anidən yuxudan oyanan qadın ərinə müqavimət göstərərək ölümdən xilas ola bilib.
S.Ş. adlı qadın B.Ş adlı əriylə mübahisə zamanı boğazından, kürəyindən, əlindən və başından bıçaq xəsarətləri alıb. Hadisə cütlüyün 2 və 6 yaşlı uşaqlarının gözü qarşısında baş verib.
Xəstəxanaya çatdırılan qadının durumunun yaxşı olduğu bildirilir. Hadisədən son qaçan ər isə polis tərəfindən saxlanılıb.