Qadının bank hesabından 2000 manat oğurlandı

Bakıda qadının bank kartının hesabından 2000 manat oğurlanıb.

Bu barədə Yenicag.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində iyunun 12-də Bakı şəhər sakini olan bir qadının bank kartından hesabındakı 2000 manatı oğurlamaqda şübhəli bilinən paytaxt sakini olan bir yeniyetmə müəyyən edilərək saxlanılıb.

Araşdırma aparılır.