Qadının çantasından oğurluq edən şəxs saxlanıldı – Bakıda

Bakıda qadının çantasından oğurluq edən şəxs saxlanılıb.

Bu barədə Yenicag.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Sabunçu rayonunun Bakıxanov qəsəbəsi ərazisində paytaxt sakini K.Abdullayevanın çantasından içərisində 235 manatı, balansında 257 manatı olan bank kartı və digər kartlar olan cüzdanını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş T.Quliyev saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.