!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qadınla yol polisi arasında qarşıdurma-Video

!Reklam – Yazi

84745Bakının Nəsimi rayonunda qadınla yol polisi arasında qarşıdurma baş verib.

“28 May” metrostansiyasının yaxınlığında Cəfər Cabbarlı küçəsində iki DYP avtomobili xüsusi işıq və səs siqnallarından istifadə etməyərək, yolun əks istiqaməti ilə hərəkət edib, ərazidə qanunsuz yolu keçən piyadanı saxlayıb cərimələyiblər.

Bunu görən cəsarətli xanım yol polis əməkdaşlarının bu addımının səbəbini araşdırmaq üçün hadisəni lentə almaq qərarına gəlir.

Xanımı daha çox maraqlandıran suallardan biri ondan ibarət olub ki, “niyə yol polisi yol haqqında qanunu bilə-bilə özləri qaydanı pozurlar, lakin qanunu bilməyən sıravi vətəndaşları cərimələyirlər?”.

Hətta xanım qanunu pozan yol polisi əməkdaşlarının müvafiq tədbir görməsi müqabilində onların əllərini öpməyə razılıq verir.

Xanım bununla bağlı polis əməkdaşlarına bir neçə sual ünvanlasa da yol polisi qadına öz işi ilə məşğul olmağı məsləhət görüb.

Qeyd edək ki, operativ nəqliyyat vasitələri yolun əks istiqaməti ilə yalnız xüsusi işıq və səs siqnallarından istifadə edib hərəkət edə bilərlər.

www.yenicag.az

442
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv