Qadınlar infarkta daha meyillidir

Qadınlar infarkt və ürək xəstəliklərinə daha meyillidir. Eyni zamanda qadınların yaşadığı infarkt sinə ağrısı şikayəti ilə özünü göstərmir.

Yeniçağ.Az Sputnik-ə istinadən xəbər verir ki, ürək xəstəlikləri daha çox “kişi xəstəliyi” olaraq qəbul edilsə də, ürək xəstəlikləri qadınlar üçün bir nömrəli ölüm səbəbidir. 80-ci illərdən bu günə qədər infarkt hallarının azalması müşahidə edilsə də, 50-50 yaş qadınlarda bu hal getdikcə artır.

Belə ki, kişilərdə infarkt sonrası ölüm halları 36 faiz olduğu halda, qadınlarda bu rəqəm 47 faiz təşkil edir. Mütəxəsislərə görə, hamiləlik və digər metobolik problemlər qadınlarda damar tutulmalarına səbəb ola bilir.

Buna görə də, qadınların ürək-damar xəstəlikləri ilə əlaqəli tez-tez müayinələrədn keçməsi məsləhət görülür. Hamiləlik zamanı təzyiq ürək xəsətliyini 6 dəfə, diabet riskini isə 3 dəfə artırır. Bu risk doğuşdan 10 il sonra belə ortaya çıxa bilər.

Qadınlarda infarkt özünü nəfəs çatışmazlığı, yorğunluq, çənə və ya dişlərdə ağrı, qollarda ağırlıq hissi və həzimsizlik problemi ilə büruzə verir. Qadınlar anidən gələn yorğunluq, sinə üzərində ağırlıq, mədə ağrısı, boyun, kürək, çənə, sağ qol və sağ çiyində ağrı, ani soyuq tərləmə halları yaşayırsa, mütləq həkimə müraicət etməlidir.

ABŞ mütəxəsisləri iddia edirlər ki, qadınlarda ürək xəstəlikləri və infarkt riskinin çox olması onların damarlarının daha nazik, ürək damarları isə dar və uzun olması ilə bağlıdır.

Qadınlar infarkt səbəbləri belədir: qadınların ürəyi daha kiçikdir, ürəyin atış sayı az, nəbz sayı yüksəkdir və mensturasiya dövründə qan laxtalanması elektrokardioloji problemlərə yol açır.

Mütəxəsislər qadınlara 40 yaşından sonra tez-tez həkim müayinəsini də məsləhət görür.

Yeniçağ.Az

COP29