!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qadınları kişilərdən üstün tutan 15 fakt - FOTOLAR

!Reklam – Yazi

Bəşər tarixində hər zaman qadın-kişi müqayisələri aparılır. Kimin daha üstün olduğu, kimin daha geniş hüquqlara sahib olduğu daima müzakirə mövzusu olaraq qalır. Qadının kişilərə nisbətən daha üstün olduğunu iddia edənlər bunun üçün bir sıra faktları misal çəkirlər.

Yenicag.az qadınlarla bağlı 15 faktı diqqətinizə çatdırır:

1. Yüksək Ağrılara dözüm

Qadınlar doğuş kimi yüksək ağrılı prosedura da dözüm göstərə bilirlər. Lakin bu onların həyatında davamlı olmayan bir haldır. Doğuş ağrıları səbəbiylə qadınlar yüksək ağrıya dözümlülük qabiliyyətinə sahib olurlar. Bu da hər hansı ağrılar zamanı zehinlərini və bədənlərini sakitləşdirmək imkanı yaradır.

2. Daha uzun ömür

Qadınların əksəriyyətinin kişilərdən daha uzun ömürlü olduğu sübut edilib. Qadınlar daha az xəstəliklərə məruz qalır və daha uzun ömür yaşayırlar. Əks hal baş verirsə, bu mütləq qəza və ya ciddi xəstəliklər səbəbindən olur.

3. Qadınlar bir-birinə hörmət edə bilir

Qadınlar insanların fikirlərinin nə olmasından asılı olmayaraq, ictimaiyyətə hörmət etməyə səy göstərirlər. Qadınların kiməsə olan sevgisini ifadə etməsi qəribə bir hal deyil. Onlar daxillərindən gələn saflıqla bunu göstərə bilərlər.

4. Qadınlar istəsələr, ağlaya bilərlər

Qadınlar çəkinmədən ağlaya bilir. Onlar duyğularını ifadə etməkdə kişilərdən daha çox sərbəstirlər. Kişilər ağladığı zaman zəif və ya iradəsiz görünsə də, qadınlar ağladığı zaman bu zəiflik sayılmır. Əksinə bu, duyğuları ortaya qoymaq kimi anlaşılır və sağlam bir qadın obrazı yaradır.

5. Qadın gecələri

Mərasimlər zamanı xanımlara hər zaman hörmət edilir. Məsələn onlar ayaqüstə qaldıqda mütləq yer verəcək bir əkscins tapılır. Bəzi müəssisələrdə hətta xanımlar üçün xüsusi satışlar və ya endirimlər də olur.

6. Qadın makiyajdan istifadə edə bilər

Kişilərin belə bir seçimi olmadığı təqdirdə, qadınlar görünüşünü daha da gözəlləşdimək üçün makiyaj və müxtəlif vasitələrdən istifadə edə bilərlər və bu xarici görünüşdə nəzərəçarpacaq fərqlər yaradır.

7. Geniş seçim imkanına malikdirlər

Modaya gəldikdə qadınlar kişiləri bir xeyli arxada qoyur. Qadın geyimlərinin tərz və üslub, moda baxımından xeyli fərqli çeşidləri olduğu halda, kişilərdə bu nisbət daha azdır.

8. Doğuş

Yalnız qadınlar təbiətin onlara bəxş etdiyi möcüzəvi fərqliliklə bədənində başqa bir insan yetişdirmək üçün güc və orqanizm sahibidirlər. Nəticədə onlar sehrli kəlmə – “ana” üçün son imtiyazı almış olurlar.

9. Çanta və pulqabı hazırlığı

Qadınların əksəriyyəti əşyalarını bir arada saxlamaq üçün çanta daşıyır. Pulqabıları kişilər də daşıyır, amma qadınlardan fərqli çeşidlər, brendlər, rənglərin olması onları bir addım öndə edir.

10. Keçəl olmurlar

Kişilərin çoxunun həyatında daha sonra saçlarını itirmə prosesi yaşanır. Qadınları isə keçəlləşməyə qarşı qoruyan ikinci X xromosomları səbəbindən bu vəziyyətdən xilas ola bilirlər. Saçlarını böyüdən və ona fərqli görünüşlər vermə şansı olan qadınlar daha gözəl görünməyi bacarırlar.

11. Onlar daha mürəkkəb rəngləri görürlər

Qadınların ümumiyyətlə kiçik fərqləri belə analiz edə bilmə bacarıqları var və bu, kişilərin seçə bilmədiyi rəngləri sezməyi də asanlaşdırır.

12. Böyük ünsiyyət bacarıqlarına sahib olurlar

Beyinin ünsiyyət üçün ayrılmış hissəsi kişilərə nisbətən qadınlarda daha böyükdür. Qadınlar kişilərin birbaşa danışmaqla bacarmadığı işləri, adi üz ifadələri ilə həll edə bilirlər. Bu, qadınlara iş yerlərində və ya münasibətlərində daha məhsuldar olmağa kömək edir.

13. “Hər şeydən öncə”dirlər

Fövqəladə hallarda qadınlar və uşaqlar əvvəlcə xilas edilir, daha sonra vaxt qalırsa, kişilərin xilası reallaşdırılır. Bu da onlaın sağ qalma şansını artırır. Eyni zamanda qadınlar üçün qapı tutma və digər nəzakətli hərəkətlər artıq bir ənənə halını alıb.

14. Evdə qalmaq

Qadınlar üçün müasir dünyada çox seçim var; karyera qurmaq, ailə qurmaq, dünyaya səyahət etmək və s. Kişilərə nadirən icazə verilsə də, qadınlar evdən işləmək və ya evdə qalmaq istəyərkən, bu, çox məqbul qarşılanır.

15. Onlar daha çox çiçək alır

Bir mükafat qazandıqda və ya bir şouda çıxış etdikdə, qadınlar, demək olar ki, hər zaman gül alırlar. Eyni zamanda sevgi münasibətlərində də bu hal qadınları xoşbəxt edir. Sevilən birindən yeni bir çiçək dəstəsi almaq heç vaxt köhnəlməyən bir xoşbəxtlik səbəbi olacaq.

www.yenicag.az

3284
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv