Qadınların Yüksək Liqasında IX turun oyunları keçirildi

Qadın voleybolçular arasında Azərbaycan çempionatında IX turun oyunları keçirilib.

Yenicag.az xəbər verir ki, turun ilk qarşılaşması UNEC VK-nın idman zalında UNEC və “Gəncə” komandaları arasında olub. Görüş qonaqların 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Turun digər matçları isə Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində təşkil olunub. Burada “Azərreyl” komandası “Abşeron”la, “Murov Az Terminal” isə “Milli Aviasiya Akademiyası” ilə üz-üzə gəlib.

“Azərreyl” – “Abşeron” oyununda qalib 4 setdə müəyyən olunub. “Abşeron” rəqibini 3:1 hesabı ilə məğlub edib.

Günün və turun son qarşılaşmasında isə “Milli Aviasiya Akademiyası” 3:0 hesabı qələbə qazanıb.

Qeyd edək ki, qadın voleybolçuların Yüksək Liqasında növbəti tur fevralın 11-də keçiriləcək.