!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qafanın 4 kəndinə gedən yol Azərbaycandan keçir - XƏRİTƏ

!Reklam – Yazi

Zəngilan ərazisinə aid olan və Ermənistanın Qafan şəhərinə yaxın ərazidə yerləşən Ağdağ yüksəkliyinin Azərbaycan Ordusu tərəfindən nəzarətə götürülməsi ermənilərin yaşadığı dörd kəndə – Xdrants, Əgərək, Yeqvard və Uzanisə gedən yolun bir hissəsinin Azərbaycan ərazisində qalması ilə nəticələnib.

Yenicag.az xəbər verir ki,  Azərbaycan Ordusunun Ağdağ yüksəkliyində yerləşən mövqeləri adı çəkilən bu kəndlər də daxil olmaqla, ümumilikdə 6 erməni yaşayış məntəqəsinə vuzual nəzarəti təmin edir.

Erməni kəndlərinə gedən yolun Azərbaycandan keçən hissəsində yeni nəzarət-buraxılış məntəqəsi, gömrük və polis postlarının yaradılması istisna deyil. Bundan yayınmaq üçün Ermənistan ya alternativ yol inşa etməli, ya da müəyyən güzəştlərə getməlidir.

Müharibənin başa çatmasından 1 ilə yaxın müddət keçməsinə baxmayaraq, Azərbaycan Silahlı Qüvvələri ərazi bütövlüyümüzün və suverenliyimizin bərpası istiqamətində hər gün hansısa nailiyyətə imza atır.

www.yenicag.az

371
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv