“Qafqaz Qartalı – 2019” təlimi keçirildi – FOTO/VİDEO

Azərbaycan, Türkiyə və Gürcüstan Müdafiə nazirlərinin əldə etdikləri razılığa əsasən, Bakıda keçirilən “Qafqaz Qartalı – 2019” birgə təlimi çərçivəsində xüsusi təyinatlı qüvvələr avtomat, tapança, snayper tüfəngi və birdəfəlik qumbaraatanlardan xüsusi atış çalışmaları yerinə yetiriblər.

Bu barədə Yenicag.az-a Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilir ki, qarışıq atəş qrupları tərkibində icra edilən atışlar zamanı xüsusi təyinatlılar yüksək peşəkarlıq nümayiş etdirərək qarşıya qoyulan tapşırıqları uğurla icra ediblər.