Qəbələ rayonunda yerləşən otellərdən birində qalan ərəb turist ölüb.
Yenicag.az Report-a istinadən xəbər verir ki, hadisə “Qafqaz Sport Hotel”də qeydə alınıb.
Məlumata görə, BƏƏ vətəndaşı, 1940-cı il təvəllüdlü Ayişə Məhəmmədin oteldə meyiti tapılıb.
Ölümün səbəblərinin müəyyənləşdirilməsi üçün Qəbələ Rayon Prokurorluğunda araşdırma aparılır.