Qafqaz Universitetində Ərdoğana bəddua etdiyinə görə, “Dialoq Avrasiya”ya rəhbər oldu?

dinler-arasi-diyalog-asya-fethullah-gulen (1)Gülən Şəbəkəsi Türkiyədə artıq uduzub. Şəhər imamlarının, holdinq rəhbərlərinin və prokurorlarının qaçması göstərir ki, artıq müridləri də Gülənin prossesi dəyişəcəyinə inanmır. Bu səbəbdən də, fətullahçılar “haram loxma yemədik” artistliyi etmək əvəzinə, aradan sivişməyə üstünlük verirlər. Ard-arda  prokuror-hakim kamikadzelərlə belə gülənistləri azadlığa çıxara bilmədikdən sonra qaçmağa üstünlük verdilər. Doğrudur, bu Gülənin işini daha da çətinləşdirir. Belə ki, əsas adamların qaçması həbsxanada da durumu gərginləşdirib. Bu zamana qədər susan polislərin danışmaması üçün çalışılır, ancaq  Gülən cinayətlərində iştirak edən polislərin onları azad edə bilməyən liderlərinin arxasında sona qədər dayanmaq fikirlərinin olmadığı bildirilir.

Gülən Şəbəkəsinin zəifləməsinin bir başqa səbəbi də illərlə millətçi kimi görünən bu şəxslərin son illərdə PKK ilə açıq ortaqlığıdır. PKK terror təşkilatı və onun siyasi qanadına açıq dəstək verən Gülən medianın xətti öz camaatı arasında belə birmənalı qarşılanmır.

“Nə olursa olsun, Ərdoğanı bitirmək” siyasəti hər keçən gün Gülənin əleyhinə çevrilir. Ən son “400 millət vəkili” manipulyasiyasında gülənistlərə “Zaman” qəzeti əməkdaşlarından belə “Twitter” üzərindən sərt təpki gəldi.

11218536_935959379769439_8848241860725267813_nGülən Türkiyədə mövqe itkisi ilə istəməsə də, razılaşdığından Azərbaycan və digər ölkələrdə mövqelərini qorumaq istəyir. Bu səbəbdən də deşifrə olunan kadrlarını yeniləri ilə əvəz edərək, daha güclü şəkilədə prossesdən çıxmağı hədəfləyirlər.

Heç şübhəsiz Gülənin Azərbaycanda ən böyük təşkilatlarından biri Qafqaz Universitetidirsə, digəri “Dialoq Avrasiya”nın Azərbaycan Komitəsidir. Gülənin fəxri sədri olduğu “Qəzetçilər və Yazarlar Vəqfi”nin nəşr etdiyi “Dialoq Avrasiya” jurnalının Azərbaycan təmsilçiyi həm də Gülənə bağlı yeganə rəsmi quruluşdur. Bu zamana qədər Mustafa Saatçının başçılıq etdiyi quruma yeni sədr gətirilib: Cəlil Ərdəm.

Qafqaz Universitetinin aparıcı dekanlarından olan Cəlil Ərdəmin rektor Əhməd Sanıcın yaxın adamlarından olduğu bildirilir. O da iddia olunur ki, bir müddət öncə Gülənin təlimatı ilə Ərdoğana bəddua seanslarını idarə edənlərdən biri də o olub.

11391566_952910088074368_1291516328166476863_nMaraqlıdır ki, Qafqaz Universitetinin rəhbərliyi “Azərbaycanda fətullahçıların beyin mərkəzi” olmaq iddiasını qəbul etmir. Madam ki, Qafqaz Universiteti fətullahçıların beyin mərkəzi deyil. Nə üçün Gülənin Azərbaycandakı bütün qurumlarına kadrlar bu universitetdən gedir? Nə üçün mühim dövlət qurumlarına, neft sektoruna, “Azərsu”ya və digər quruluşlara buradan kadr “ixrac olunur”? Mustafa Saatçının Qafqaz Universitetinin dekanı ilə əvəzlənməsi və onun media ilə yenidən əlaqələrin bərpası yönündə aktivliyinin tam da seçki öncəsinə təsadüf etməsi nə ilə əlaqədardır?

Bəs Mustafa Saatçının komitədən getməsi “vurulma”dır, yoxsa yüksəliş? Hər halda ilkin mənbələr Mustafa Saatçının ölkəyə girişində problem olan Ənvər Özərənin yerinə yüksəldiyini qeyd edirlər. Yəni, Mustafa Saatçı yeni Azərbaycan imamı təyin olunub.

Cəlil Ərdəmə verilən vəzifə isə media ilə olan və Türkiyədə baş verən hadisələrdən sonra dondurulan əlaqələrin yenidən bərpa etməkdir. Müxtəlif hədiyyələr, şirin vədlərlə ön plana çıxmaqdır. Ancaq Dialoq Avrasiyanın adından xoşlananların nəzərinə bu faktı çatdırmaqda fayda var:

970788_568544439853909_119679365_n“Bu gün bütün Avrasiya ölkələrində yaxşı tanınan “Dialoq-Avrasiya” platformasının və eləcə də DA dərgisinin əsas təşəbbüskarı da elə Fəthullah Güləndir. Bu platformanın hər il dünyanın müxtəlif ölkələrində keçirilən tədbirlərində xalqlar və dövlətlər arasında sülh, dinlərarası dialoq bir nömrəli müzakirə mövzusuna çevrilir. Artıq Rusiyanın, Şərqi Avropanın və eləcə də türk respublikalarının tanınmış fikir adamları bu platformada birləşib Avrasiyanın sabahını düşünürlər”. (Mənbə: Fətullah Gülənin rəsmi saytı, “Tanınan və tanınmayan Fəthullah Gülən” adlı bioqrafik yazı – http://fgulen.com/az/metbuat/xeberler/22119-taninan-ve-taninmayan-fethullah-gulen )

929260DAP Azərbaycanda isə 1999-cu ildən fəaliyyət göstərir. DAP-ın türk versiyasında qurumun Azərbaycan qolu Fətullah Gülənin Azərbaycandakı rəsmi təmsilçiyi kimi göstərilir. DAP-ın Azərbaycan fəaliyyəti və bu qurumda təmsil olunan şəxslərlə bağlı açıq formada məlumat Fətullah Gülənin rəsmi saytında yerləşdirilib.

183298Qurumun müxtəlif vaxtlarda yaydığı məlumatlarda isə təşkilatın üzvü olan və ya təşkilatla birbaşa əməkdaşlıq edən və ölkədə çox ciddi nüfuz sahibi olan bir çox şəxslərin adına rast gəlmək olur. Daha çox qlobal məsələlərin adı altında öz maraqlarını təbliğ etmək DAP-ın başlıca prinsiplərindəndir. Bu barədə hələ bir neçə il öncə millət vəkili Qüdrət Həsənquliyev danışırdı ki, “Bir dəfə Heydər Əliyevin doğum günü münasibətilə “Gülüstan” sarayında nurçular tədbir təşkil etmişdilər. Biz də ora getmişdik. Orada paylanan jurnal Fəthullah Gülənə həsr olunmuşdu. O vaxt etirazımı bildirib dedim ki, bizi başqa bir şəxsin adı ilə tədbirə dəvət edirlər, amma tədbirin mahiyyəti tamam başqadır. Bu baxımdan müvafiq dövlət orqanları ayıq-sayıq olmalı idilər. Mən bunun əleyhinə idim. Götürək, Çağ Öyrətim şirkətinin Azərbaycandakı liseylərini. Həmin liseylərə qabiliyyətli, savadlı uşaqları seçib götürürdülər, onlara təsir edirdilər. Deyirlər, orda tədris həqiqətən də yaxşı təşkil olunurdu, amma həmin uşaqlarla dini nöqtəyi-nəzərdən müəyyən iş də aparılırdı. Orda təhsil haqqı da həddindən artıq yüksəkdir. Ancaq ölkənin siyasi elitasına yaxın insanlar öz uşaqlarını ora göndərə bilirdilər. Gələcəkdə həmin o dini cərəyanın uşaqların vasitəsilə valideynlərinə təsir etmək imkanı yaranır. Həmin məktəbin məzunları Prezident Administrasiyasına da yerləşiblər,  orada birbaşa siyasi işlərə də təsir edə bilirlər. Eyni zamanda mətbuata təsir etmək imkanları var. Düşünrəm ki, bu, yolverilməzdir. Nurçuların siyasətdən kənar olduğu fikri yanlışdır. Arxiv materiallarına baxsanız, hər şeyi açıq görə bilərsiniz. Orada yazırdılar ki, yalnız qəlbində nur olan (söhbət nurçulardan gedir), beynində biliklə zəngin olan, qəlbi də nurla dolu olan insanlar siyasi hakimiyyətə gəldiyi təqdirdə ədalətli cəmiyyət qurmalıdırlar. Bunu insanların beyninə yeridirlər. Əslində burda sırf siyasi hakimiyyət iddiası ortadadır”.

Qüdrət Həsənquliyevin sözlərindən də anlaşıldığı kimi millət vəkilləri, nazirlər başqa adla dəvət olunub, Gülən təbliğatı ilə üzləşirlər.

Hələ bir müddət öncə DAP-la bağlı Qaynar.info-da gedən bir məlumat olduqca diqqətçəkici idi: “Görünən tərəfi budur ki, DAP mütəmadi olaraq konfranslar, seminarlar keçirir, Azərbaycan ziyalılarını, jurnalistlərini şəbəkəyə cəlb edir, onların Türkiyə səfərlərini təşkil edir, Mətbuat Şurası, QHT Forumu, dövlət qurumları ilə sıx əməkdaşlıq edir və s. Əslində isə qurum Azərbaycanın məşhur simalarını, ziyalılarını, rəsmi şəxslərini ətrafına birləşdirməklə özünə “qoruyucu zireh” yaradır, məşhur ticarət mərkəzlərinin birindəki səs keçirməyən şüşələr arxasındakı ofisində isə gündəlik olaraq Gülənin Azərbaycandakı imperiyasını koordinasiya edir, onun tapşırıq və təlimatlarının yerinə yetirilməsinə nəzarət edir. Qurumun təsisçi və təmsilçiləri tanınmış azərbaycanlılar olsa da, pərdə arxasındakı icraçıları – qurumu gündəlik olaraq ofisdən yönəldən şəxsləri isə cəmiyyət tanımır. Bu şəxslər Türkiyədən “hizmet” adıyla Azərbaycana ezam olunmuş şəxslər və onların sistemində “yetişdirilən”, beyni yuyulmuş azərbaycanlı gənclərdir. Onlardan yalnız DAP-ın Azərbaycan üzrə koordinatoru Mustafa Saatçının adını dəqiqləşdirə bildik”.

Göründüyü kimi, “qoruyucu zireh”lə hərəkət edən DAP bu dəfə Qafqaz Universitetinin Hazırlıq fakultəsinin keçmiş dekanı Cəlil Ərdəmin rəhbərliyi ilə seçki öncəsi aktivləşib. Hədəfi də özü açıqlayıb: məqsədlərinə nail olmaq üçün. /azerinfo.org