“Qafqazda vəziyyət qeyri-sabit olaraq qalır” – KTMT

“Qafqaz regionunda vəziyyət qeyri-sabit olaraq qalır”.

Yenicag.az xəbər verir ki, bu barədə KTMT-nin müştərək qərargahının rəhbəri Andrey Serdyukov bildirib.

“Qafqaz regionunda vəziyyət qeyri-sabit olaraq qalır və onun tənzimlənməsi prosesi davam edir. Mərkəzi aspekt Ermənistan-Azərbaycan sərhədinin demarkasiyası və sülh müqaviləsinin imzalanmasına hazırlıq olaraq qalır”, – Serdyukov qeyd edib./unikal