!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qafqazda vəziyyəti kim gərginləşdirir? - Gürcü ekspert

!Reklam – Yazi

Gürcüstanda son hadisələr zamanı, cəmiyyətin hökumətin narkosiyasətinə mənfi münasibət bəslədiyi bir zamanda meydanda gürcü nasionalistlər meydana gəldi. Bir tərəfdən neoliberallar, digər tərəfdən neonasistlər meydana çıxdı. Polis çətinliklə xalqı sakitləşdirərək vəziyyəti nəzarətə götürə bildi.

Mitinqçilər parlament binası qarşısındakı Azadlıq Meydanını boşaldandan sonra gürcü faşistlər Tbilisidə yeni kütləvi etiraz aksiyaları keçirəcəklərini bildirdilər. Ekspertlər cəmiyyətdə belə bir fikir formalaşdırmağa çalışırlar ki, xarici qüvvələr ölkədə vəziyyəti gərginləşdirmək üçün nəzarətlərində olan qruplaşmaları növbəli şəkildə fəaliyyətə gətirirlər.

Gürcüstandakı daxili proseslərdə xarici güclərin rolunu gürcü ekspert Qela Vasadze  Yenicag.ru-ya şərh edib:

“Bütün bunların 17 maydan öncə baş verməsi təsadüfi deyil. Bu gün Gürcüstanda LGBT-nin müdafiəsi günüdür. Bu mövzu neonasistlər üçün həssasdır. Məhz bu gündən öncə neonasistlər güclərini göstərmək istədilər və deyim ki, onlara bunun üçün şərait yaradıldı. Gürcüstanda neonasistlərin sayı azdı. Bu mövzunun şişirdilməsi, faşistlərin hansısa görünməmiş gücü barədə mif – bu ucuz sensasiyadır. Neonasistlərin Gürcüstanda heç bir gələcəyi yoxdur. Bundan əlavə onlar xüsusi xidmət orqanlarının sərt nəzarəti altındadırlar. Kiçik siyasi çaxnaşmalarda müxtəlif siyasi qüvvələr siyasi ballar qazanmaq üçün onlardan istifadə etməyə çalışırlar”.

Xarici qüvvələrin Gürcüstanın daxili siyasi proseslərindəki rolunu da dəyərləndirən ekspert qeyd edib ki, ümumilikdə Qafqaz bir çox xarici güclərin maraqlarının toqquşduğu mürəkkəb regiondur: “Xarici güclərdən danışanda yaxşı başa düşmək lazımdır ki, ABŞ-ın Cənubi Qafqazda xüsusi siyasəti yoxdur. Cənubi Qafqazda hər bir ölkə artıq öz xarici siyasət kursunu seçib və bunu dəyişmək də çox çətindir. Məsələn, Ermənistanın nə zamansa, ən azından yaxın gələcəkdə Rusiyanın təsiri altından çıxacağını düşünmək demək olar ki, mümkünsüzdür. Gürcüstanın da yenidən Rusiyanın təsiri altına düşəcəyini düşünmək bir o qədər çətindir. Avropa Şurası Qafqazda fəal siyasət yürütmür. Avropa Birliyi baş verən proseslərə rekasiya verməklə məhdudlaşır. Rusiya isə regionda fəal şəkildə öz siyasətini aparır. Lakin hazırda Rusiyanın Gürcüstandakı daxili işlərə fəal müdaxiləsi aktual məsələ deyil.

www.yenicag.az

1381
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv