Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
REKLAM: KRISTAL ABŞERON

“Qafqazinfo” 7 yaşında!

Bu gün “Qafqazinfo” Xəbər Portalının fəaliyyətə başlamasının 7-ci ili tamam olur.

“Qafqazinfo” fəaliyyətə başladığı gündən oxucuları operativ və obyektiv xəbərlə təmin etmək prinsipini əsas götürüb və bu gün də həmin prinsiplərə sadiqdir. Bu baxımdan da hazırda saytın oxucuları bəlli bir çevrə deyil, ən müxtəlif sosial qrupları təmsil edən internet istifadəçilərindən ibarətdir.

Sayta istifadəçilər təkcə Azərbaycandan deyil, dünyanın bir çox ölkələrindən daxil olur. Gün ərzində sayta 100-dən çox xəbər qoyulur, bu xəbərlər ən müxtəlif sahələri əhatə edir. “Qafqazinfo” Azərbaycanda fəaliyyət göstərən ictimai – siyasi təşkilatlar, sosial qruplar, dövlət qurumları ilə əməkdaşlıq edir, xəbər rangarəngliyini qoruyur.

Hazırda redaksiyada 20-yə yaxın, əsasən gənclərdən ibarət olan kollektiv çalışır. “Qafqazinfo”nu kompüterlə bərabər internetə çıxışı olan bütün elektron cihazlarda oxumaq mümkündür. Saytın mobil versiyası telefonla xəbərlərin rahat oxunması və paylaşılmasına imkan yaradır. Həmçinin android və İOS üçün mobil tətbiqetməsi fəaliyyət göstərir. Portalda yeni video bölmə yaradılıb ki, bununla da tədricən “Qafqazinfo” multimedia sisteminə keçmək niyyətindədir.

Bu müddət ərzində “Qafqazinfo” daim oxuculara sadiq olub, bir-bir topladığı oxucuların təklif və iradlarını nəzərə almağa çalışıb. Ötən müddət ərzində həm bizi oxuyan bütün internet istifadəçilərinə, həm də bizi tək buraxmayan tərəfdaşlarımıza təşəkkür edirik.

Yenicag.az saytının kollektivi “Qafqazinfo”nu 7 yaşı münasibəti ilə təbrik edir, gələcək fəaliyyətində uğurlar arzulayır!

www.yenicag.az

531
SFERA
VETENINFO
AZNEWS
MATC
REKLAM: KRISTAL ABŞERON
MARGIN-BOTTOM