!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qafqazşünasların I Beynəlxalq Forumu keçiriləcək

!Reklam – Yazi

Aprelin 10-13-ü arası Qafqazşünasların I Beynəlxalq Forumu keçiriləcək.

Yeniçağ.az xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyasının Qafqazşünaslıq İnstitutu qafqazşünasların I Beynəlxalq Forumunu keçirir.

Forumda əsasən aşağdakı məsələlər müzakirə ediləcək:

I. Qafqaz ölkələrinin sosial-iqtisadi və siyasi vəziyyəti
II. Qafqazın geosiyasəti
III. Qafqaz ölkələrinin qarşılıqlı münasibətləri
IV. Böyük dövlətlərin və qonşu ölkələrin Qafqaz siyasəti
IV. Qafqazda münaqişələr

Forumda iştirak etmək istəyənlər tezis və məruzələrini Azərbaycan, rus və ingilis dillərində [email protected][email protected] e-mail ünvanlarına göndərə bilərlər:

Tezislərin hazırlanması və göndərilməsi:
– 300 kəlmədən çox olmamalı, Microsoft Word A4 ölçüdə, Times New Roman, 12 şrift, 1 intervalla, soldan 3 sm, sağdan 1 sm, yuxarı və aşağıdan 2 sm, abzaslar 1.15 sm. parametrlərinə uyğun yazılmalıdır.

– Müəllifin adı, soyadı, elmi dərəcəsi, vəzifəsi, işlədiyi elmi müəssisənin adı, elektron poçt ünvanı (e-mail) və əlaqə nömrəsi səhifədə yuxarıda sağda 12 şriftlə, qara hərflərlə yazılmalıdır.
– 05 fevral 2017-ci il tarixinə qədər göndərilməlidir.

– Tezislər, alimlərin daxil olduğu heyət tərəfindən Forumun mövzusuna uyğunluğu, elmi aktuallığı və orijinallığı baxımından seçiləcəkdir. Müəlliflər 20 fevral 2017-ci il tarixinə qədər məlumatlandırılacaqlar.

Məruzə mətnlərinin hazırlanması və göndərilməsi:

– Microsoft Word A4 ölçüdə 7-10 səhifə həcmində, Times New Romanda, 12 şrift, 1 intervalla, soldan 3 sm, sağdan 1 sm, yuxarı və aşağıdan 2 sm, abzaslar 1.15 sm. parametrlərinə uyğun yazılmalıdır.

– Titul səhifədə yuxarıda sağda 12 şriftlə, qara hərflərlə müəllifin adı, soyadı, elmi dərəcəsi, vəzifəsi, işlədiyi elmi müəssisənin adı, elektron poçt ünvanı (e-mail) və əlaqə nömrəsi yazılmalıdır.

– Müəllifin ad və soyadından sonra səhifənin ortasında məruzənin adı 12 şriftlə, böyük qara hərflərlə yazılmalıdır.

– Məruzənin adından sonra tezisi də əlavə edilməklə, Azərbaycan, ingilis və rus dillərində açar sözlər, giriş, əsas mətn, nəticə və istifadə edilmiş ədəbiyyat siyahısı yazılmalıdır.

– Məruzənin sonunda Azərbaycan, ingilis və ya rus dillərində qısa xülasə verilməli, xülasədə məruzənin adı da qeyd edilməlidir.

– Müəllifin istifadə etdiyi mənbələr “İstifadə edilən ədəbiyyat siyahısı” başlığı altında əlifba sırası ilə verilməli və mətndə ona uyğun kodlaşdırma aparılmalıdır.

– Rəsmlər, tablolar və qrafiklər olarsa, ayrı-ayrı nömrələnməli və altında qısa izahat verilməlidir. PowerPoint-dan istifadə edənlərdən əvvəlcədən məlumat vermələri xahiş olunur.

Məruzələrin son təqdimetmə müddəti 10 mart 2017-ci il tarixinə qədərdir. Göstərilən tarixədək məruzələri təqdim etməyənlər foruma dəvət olunmayacaqdır.

Forum AMEA-nın Mərkəzi Elmi Kitabxanasında keçirləcəkdir.

Təşkilat komitəsi: AMEA Qafqazşünaslıq İnstitutu. Bakı ş., H.Cavid pr. 117, IV mərtəbə, 446-cı otaq
Tel: +994 12 539 89 55. E-mail: [email protected]; [email protected]

Əlavə məlumat üçün www.science.gov.az
Yeniçağ.az

www.yenicag.az

737
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv