Qağayı çörəyini almaq istədi – Qadın insult keçirdi

Britaniyada qağayının hücumuna məruz qalan qadın insult keçirib.

Yeniacg.az xarici mətbuata istinadən xəbər verir ki, 84 yaşlı Helen Horn adlı qadın küçədə əlində çörəklə gedərkən qağayı ona hücum edərək, çörəyi almaq istəyib.

Qağayınını hücumundan sonra özünü pis hiss edən təqaüdçü qadın xəstəxanaya aparılıb. Yaşlı qadının insult keçirdiyi bildirilib.