Qalaaltı və Çıraqqala yaxınlığındakı yanğın qismən söndürülüb – FHN – Yenicag.Az

Reklam

Reklam

Bu gün Siyəzən rayonunun Qalaaltı və Şabran rayonunun Çıraqqala kəndlərinin yaxınlığında meşəlik ərazidə (mürəkkəb relyefli yüksək dağ massivində) baş vermiş yanğınlar qismən söndürülüb.

Yenicag.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, alovun yaşayış məntəqələrinə və istirahət mərkəzlərinə doğru hərəkətinin qarşısı tam alınıb.

Hazırda tüstülənmə davam edir, açıq alov müşahidə olunmur. Yaşayış məntəqələri və istirahət obyektləri üçün təhlükə yoxdur.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri və Aviasiya dəstəsinin qüvvələri tərəfindən yanğınların tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Əlavə məlumat veriləcək.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 631
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."