Xəzər rayonunun Qala qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyindən Yenicag.az-amata verilən məlumata görə, sentyabrın 11-də saat 18 radələrində Xəzər rayonunun Qala qəsəbəsi ərazisində Bakı şəhər sakini A.İsmayılov idarə etdiyi “Fiat” markalı avtomobillə yolu keçən 55-60 yaşlı kişini vurub. Həmin şəxs xəstəxanaya aparılarkən yolda ölüb.
Xəzər RPİ tərəfindən araşdırma aparılır.