Futbol üzrə Türkiyə Kubokunda 1/4 final mərhələsinə yekun vurulub.
Yenicag.az xəbər verir ki, son gündə “Qalatasaray” doğma meydanda “Konyaspor”la üz-üzə gəlib. Bu komandaların ilk oyununda 2:2 hesablı heç-heçə qeydə alınmışdı. İstanbul təmsilçisi doğma meydanda 4:1 hesabıyla qalib gələrək yarımfinala yüksəlib.
Xatırladaq ki, əvvəlki günlərdə “Beşiktaş”, “Akhisarspor” və “Fənərbaxça” da növbəti mərhələyə vəsiqə qazanmışdı. Finala vəsiqə uğrunda “Beşiktaş” “Fənərbaxça” ilə mübarizə aparacaqsa, “Qalatasaray” “Akhisarspor”la qarşılaşacaq.