“Qalatasaray” avrokuboklardan uzaqlaşdırılıb

скачанные файлыTürkiyənin “Qalatasaray” klubu UEFA tərəfindən cəzalandırılıb. İstanbul təmsilçisi bir il müddətinə avrokuboklardan kənarlaşdırılıb.

“Cim-bom”un prezidenti Dursun Özbək ötən həftə İsveçrəyə yollanaraq, UEFA nümayəndələri ilə görüşmüşdü. O, qarşı tərəfi müxtəlif dəlillərlə tanış etsə də, prezidentin bu səyi nəticəsiz qalıb.

Qitə futbol qurumu maliyyə feyr-pley qaydalarını pozan “Qalatasaray”a güzəşt etməyib. “Aslan” avrokuboklara vəsiqə qazanarsa, gələn mövsüm bu hüquqdan məhrum olacaq. Türkiyə klubu ardıcıl iki il avrokuboklara vəsiqə əldə edə bilməsə, o zaman cəzası qüvvədən düşəcək.(APA)