“Qalatasaray” Bakıda belə qarşılandı – FOTOLAR

Türkiyənin “Qalatasaray” klubu “Qarabağ”a qarşı keçirəcəyi xeyriyyə matçı üçün Bakıya gəlib.

Yenicag.az xəbər verir ki, futbolçuları Heydər Əliyev Beynəlxalq Hava Limanında çoxsaylı azarkeş qarşılayıb.

Qarşılanmadan olan fotoları “Qalatasaray” futbol klubu öz sosial şəbəkə hesablarında paylaşıb.

Qeyd edək ki, “Qarabağ”-“Qalatasaray” matçı Bakı Olimpiya Stadionunda, saat 20:00-da keçiriləcək.