Reklam: Sinerji

Azərbaycanda koronavirusla bağlı xəbərlər

Koronavirusun onlayn statistikası

Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Qarabağ FC

"Qalatasaray”, “Beşiktaş” və “Fənərbaxça”nın futbolçuları Bakıya gəlir

Reklam: Sinerji Pro

Türkiyənin futbol üzrə milli komandası Bakıda keçiriləcək İslam Həmrəyliyi Oyunları üçün heyəti açıqlayıb. Yeniçağ.az.az Türkiyə Futbol Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, qardaş ölkə komandasına 23 futbolçu yer alıb. Heyətdə “Qalatasaray”, “Beşiktaş” və “Fənərbaxça”dan da futbolçular var.

Qapıçılar: Muhammed Şengezer (“Bursaspor”), Muhammed Birkan Tetik (“Fatih Karagümrük”), Ərhan Ərəntürk (“Karşıyaka”)

Müdafiəçilər: Mehmet Zəki Çelik (“İstanbulspor”), İbrahim Sərdar Aydın (“Yeşil Bursa”), Gökhan Kardeş (“PSV Eyndhoven”, Hollandiya), Bahadır Öztürk (“Kırklarelispor”), Hasan Kuruçay (“Nestved”, Norveç), Hakkı Can Aksu (“Fethiyespor”), Özkan Taştemur (“Konya Anadolu Səlçukspor”), Karahan Yasir Subaşı (“Anadolu Üsküdar 1908 Spor”)

Yarımmüdafiəçilər: Abdullah Balıkçı, Taylan Antalyalı (hər ikisi “Hacettepe”), Melih Okutan (“Anadolu Üsküdar 1908 Spor”), Kerem Çalışkan (“Qalatasaray”), Muhammed Dəmirci (“İstanbulspor”), Oğuzhan Kayar (“Aydınspor”), Doğanay Kılıç (“Qaziantepspor”), Alican Özfesli (“Altınordu”), Onur Eriş (“Zonquldak Kömürspor”), Muhammed Enes Durmuş (“Beşiktaş”)
Hücumçular: Ahmethan Köse (“Fənərbaxça”), Muhammet Bəşir (“1461 Trabzon”).

Qeyd edək ki, İslamiadada B qrupunda mübarizə aparacaq Türkiyə yığması mayın 8-də Əlcəzair, 11-də Oman, 15-də isə Fələstinlə qarşılaşacaq.

Yeniçağ.az

www.yenicag.az

316