Bu gün UEFA Avropa Liqasının əsas mərhələsində III tura start veriləcək.
Yenicag.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçiriləcək.
Türkiyənin “Qalatasaray” komandası İstanbulda İsveçin “Elfsborq” klubunu qəbul edəcək. Digər matçda isə “Braqa” Portuqaliyada Norveçin “Budyo-Qlimt” kollektivini sınağa çəkəcək. Hər iki görüş Bakı vaxtı ilə saat 18:30-da başlayacaq.
Qeyd edək ki, III turun digər oyunları oktyabrın 24-də keçiriləcək.