Bu gün Türkiyə Superliqasında 2018-2019 mövsümünün qalibi müəyyənləşib.
Yenicag.az xəbər verir ki, 33-cü turun mərkəzi oyununda 66 xalla zirvədə yer alan “Qalatasaray” doğma azarkeşləri önündə eyni xalla 2-ci pillədə qərarlaşan “Başakşəhər”i qəbul edib. “Türk Telekom Arena”dakı matçda 2:1 hesablı qələbə qazanan “cim-bom” sona bir tur qalmış çempionluğunu rəsmiləşdirib.
Qeyd edək ki, bu, “sarı-qırmızılılar”ın ardıcıl ikinci, ümumilikdə isə 22-ci çempionluğu olub. İstanbul klubu bu mövsüm Türkiyə kubokunu da qazanıb.
19 may
“Qalatasaray” – “Başakşəhər” – 2:1
Qollar: Bajiç, 17 (0:1), Fequli, 47 (1:1), Onyekuru, 64 (2:1)