“Qalatasaray” çempion!

Türkiyə Super Liqasında 2017/2018 mövsümü başa çatıb.

Yenicag.az xəbər verir ki, çempion son turda müəyyənləşib.

Son turda lider “Qalatasaray”a “Göztəpə” ilə səfər matçında heç-heçə də bəs edirdi. “Başakşəhər”lə “Fənərbaxça” isə öz oyunlarını qələbə ilə başa vurub, Fatih Terimin komandasının məğlubiyyətini arzulayırdı. Lakin 66-cı dəqiqədə Bafetimbi Qomisin penaltidən vurduğu qol “sarı-qırmızılar”ı mövsümün çempionu edib.

Qeyd edək ki, bu, “Qalatasaray”ın 21-ci çempionluğudur.

Turun digər oyunlarında isə bu nəticələr qeydə alınıb: “Başakşəhər” 3-2 “Kasımpaşa”, “Fənərbaxça” 3:2 “Konyaspor”, “Beşiktaş” 5:1 “Sivasspor”.

COP29