“Qalatasaray” cəzalandırıldı – 50 min avro

UEFA Türkiyənin “Qalatasaray” klubunu cəzalandırıb.

Yenicag.az xəbər verir  ki, cəzaya səbəb Avropa Liqasının qrup mərhələsi çərçivəsində “Marsel”lə baş tutan səfər oyununda “Qalatasaray” azarkeşlərinin tribunada etdiyi xuliqanlıq hərəkətləri olub.

Türkiyə klubu 50 min avro cərimə edilib və səfərdə keçirəcəyi növbəti iki Avrokubok oyununda azarkeşlərinin iştirakı qadağan edilib.