“Qalatasaray” darmadağınla zirvədə – VİDEO

Futbol üzrə Türkiyə Super Liqasında 5-ci tura start verilib.

Yenicag.az xəbər verir ki, turun ilk oyununda “Qalatasaray” doğma meydanda əvvəlki 4 qarşılaşmanın hamısında qalib gəlmiş “Kasımpaşa” ilə qarşılaşıb.

Altı qolluq qarşılaşma meydan sahiblərinin böyük hesablı qələbəsi ilə başa çatıb – 4:1.

Bu qələbədən sonra “Qalatasaray” xallarının sayını 12-yə çatdıraraq zirvəyə şərik olub. Hazırda məhz bu iki komanda Super Liqaya liderlik edir.