Türkiyə Super Liqasında 12-ci tura start verilib.
Yenicag.az xəbər verir ki, turun mərkəzi görüşündə “Başakşəhər” səfərdə “Qalatasaray” klubunun qonağı olub.
“Türk Telekom” stadionunda baş tutan derbidə “Başakşəhər” 1:0 hesabı ilə qələbə qazanıb. Matçda vurulan yeganə qolun müəlllifi Fredrik Qulbrandsendir.
Qeyd edək ki, turun digər oyunları noyabrın 23-25-də keçiriləcək.